RU

Politoloq Zeynal Əmrəliyev: İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində rəsmi qaydada həmrəylik olsa da, arxa fonda ideoloji qarşıdurma var

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi müsəlman ölkələri İranı dəstəkləmir. Bu, sadəcə din və məzhəb məsələsi deyil, tarixi və geosiyasi maraqların toqquşması ilə bağlıdır. İranın müxtəlif dövrlərdə İsrail, ABŞ və qonşu ölkələrlə qarşıdurmalar, regiondakı balans və strateji addımlar bu münasibətləri mürəkkəbləşdirib. Bəzən taktiki əməkdaşlıq, bəzən isə neytral mövqe seçimi cəmiyyətlərdə yanlış anlaşılmalara səbəb olur.

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müsəlman ölkələrinin İranı dəstəkləməməsinin səbəbi ideoloji məsələlərdir: “Birinci növbədə İranı götürək, konkret olaraq halhazırda münasibətləri gərgin olan ərəb ölkələri ilə bağlı məsələni. İran ərəb ölkələri ilə münasibətlərdə çox ciddi səhvlərə yol verib. Konkret olaraq İranın Körfəz ölkələri ilə münasibətinə baxsaq, olduqca gərgin bir vəziyyət yaranıb. Bu ölkələrin, yəni Körfəz ölkələrinin özləri də Qərblə yaxınlaşması, İsraillə yaxınlaşması İranda ciddi narahatlıq doğururdu və nəticədə onlara qarşı əməliyyat aparmaq və narazılıq göstərmək üçün əsas yaradırdı. Yəni münasibətlər gərgin idi. Məsələn; Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn kimi ölkələr. Bəhreyndə məlum olduğu kimi, şiələr çoxluq təşkil edir. Yəni şiə çoxluğu var, amma hakim sülalə, yəni Bəhreyni idarə edən krallıq əhli sünnə məzhəbinə mənsubdur. İran burada bəzi qrupları dəstəkləyirdi ki, kralı devirib yerində özünə sadiq bir hökumət qura bilsin.

İkinci məsələ Yaxın Şərqdə saxlanılan proksilərlə bağlıdır. Bu məsələ gündəmi zəbt etmişdi. Məlum olduğu kimi, İranın ali rəhbərliyinin əsas funksional silahı idi. Yaxın Şərqdə bu da ciddi narahatlıq doğururdu və həmin ölkələrin İrana qarşı mövqe sərgiləməsinin əsas səbəblərindən biri hesab olunurdu. Buna görə də İranla bu ölkələrin münasibətlərində gərginlik yaranmışdı.

İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində isə hər zaman rəsmi qaydada həmrəylik müşahidə olunub. Yəni İran tərəfi də öz münasibətini göstərib bu həmrəyliyə, ərəb ölkələri də. Ancaq arxa fonda ciddi şəkildə ideoloji qarşıdurma var idi. Əsas səbəb də məhz budur. Burada İranın özünün kifayət qədər səhvi var və həmin ölkələr – ərəb ölkələri və digərləri – bu məsələni elə tənzimləyirdilər ki, İranla arasında ciddi problemlər yaranırdı”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
40
icma.az

10Источники