RU

Kadi "Qarabağ"da 40-cı qoluna imza atdı

Kadi "Qarabağ"ın heyətində yubiley qolunu vurub.

Fanat.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Sabah"a qarşı keçirdikləri matçda (2:2) dublla yadda qalıb.

O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını 40-a çatdırıb.

Cənubi amerikalı legioner Premyer Liqada 24 (70 oyunda), Azərbaycan Kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi "Qarabağ"ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.

Qeyd edək ki, Borqes "Qarabağ"da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.

Избранный
23
fanat.az

1Источники