RU

“Qarabağ” “Sabah” oyununun auditoriyası milyonu ötüb!

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Qarabağ”la “Sabah”ın son duelləri Azərbaycan futbolunun brendə çevrilməsində fövqəladi dərəcədə önəmli rol oynayır. Dünən “Bəhramov”da keçirilən kubok qarşılaşması da bu mənada istisna olmadı. PFL 2:2 bitən oyunu tribunalardan 21 min azarkeşin izlədiyini elan edib. Bu qurumun “yutub” səhifəsində baxış sayı 328, “CBC Sport”un “yutub” səhifəsində isə 20 minə yaxınlaşır. Bütün bu rəqəmləri toplayanda 370 minə yaxın edir. Təbii ki, futbola ənənəvi qaydada, yəni televiziya vasitəsi ilə baxanların sayı bundan ən azı iki dəfə artıqdı. Bu isə onu deməyə əsas verir ki, dünənki kubok oyununun auditoriyası milyonu ötüb. Amma bu hələ son deyil. Aprelin 18-də bizi tamaşanın 4-cü, 22-də isə 5-ci pərdəsi gözləyir. Sonluq həmişə maraqlı olur. Gözləməyə dəyər!ORXAN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
50
icma.az

10Источники