RU

Azərbaycan bu ölkədən noxud tədarükünü artırdı

Bu ilin yanvar ayında Azərbaycan 150,2 min ABŞ dolları dəyərində 314,1 ton qurudulmuş noxud idxal edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Aparılan hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 12dəfə çoxdur.Hesabat dövründə Azərbaycan Rusiyadan 113 min ABŞ dolları (1 il əvvəlki göstəricidən 23 dəfə çox) dəyərində 291ton (+58 dəfə),Meksikadan 26 min ABŞ dolları dəyərində 16 ton (1 il əvvəl tədarük olmayıb), Hindistandan 8,3 min ABŞ dolları dəyərində 5 ton (1 il əvvəl tədarük olmayıb), Kanadadan 2,7 min ABŞ dolları dəyərində 2,5 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 1,7 min ABŞ dolları dəyərində 4,2 ton (1 il əvvəl tədarük olmayıb) noxud alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 2 min 327 ton noxudun 38,3 %-i Rusiyanın, 20 %-i Hindistanın, 19,7 %-i Meksikanın payına düşüb.

Избранный
17
32
metbuat.az

10Источники