ain.az, Footbal-plus portalına istinadən məlumat verir.
“Atletiko” rəhbərliyi baş məşqçi Dieqo Simeone ilə müqavilənin yenilənməsi ilə bağlı danışıqlar aparıb."Football-plus.az" xəbər verir ki, Simeone və İspaniya klubu cari mövsümün sonunda yeni - 1 illik müqavilə imzalamağa hazır olduqlarını təsdiqləyiblər.Bir müddət əvvəl “İnter” rəhbərlitinin argentinalı mütəxəssislə maraqlandığı bildirilmişdi. Bu, qış “transfer pəncərəsi”ndən sonra Simeone ilə “Atletiko”nun idman direktoru Mateu Alemanyi arasında münasibətlərin pisləşməsi fonunda baş vermişdi.Simeone 2011-ci ilin dekabr ayından Madrid klubunun “sükanı arxasında”dı. Komanda onun rəhbərliyi altında 2 dəfə İspaniya çempionu və Avropa Liqasının qalibi olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.