RU

Cavad Zərif casusluq ittihamları ilə üzləşib Keçmiş nazirin sülh çağırışı təpki ilə qarşılanıb

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin ötən gün İran hakimiyyətinə müharibəni dayandırmağı təklif etməsi ona qarşı tənqidləri artırıb. Xüsusilə ultrakonservatorlar Zərifi ölkənin milli maraqlarına xidmət etməməkdə suçlayıblar.

Əli Xameneinin tərəfdarlarından sayılan Səid Haddadian Zərifi “casus” adlandırıb və ona “Foreign Affairs”də dərc olunan məqaləsində “səhv etmişəm” deməsi üçün üç gün vaxt verdiyini deyib.

Xamenei tərəfindən “Kayhan” qəzetinə baş redaktor təyin edilmiş Hüseyn Şəriətmədari isə Zərifin təklifini “İran düşmənlərinin təslimçilik təlimatı” adlandırıb. O həmçinin məhkəmə hakimiyyətini müdaxiləyə çağırıb.

Konservativ olan keçmiş deputat Əli Motahari isə hazırda müharibənin bitmə vaxtı olmadığını deyib və əlavə edib: “Laricani də müharibənin ortasında diplomatiyaya üstünlük verirdi”.

Zərif ötən gün “Foreign Affairs” jurnalındakı məqaləsində İranın qələbəsini elan edib, razılaşma əldə etməyə çağırıb. O, İranın nüvə qabiliyyətini limitləməyi, əvəzində ABŞ-dən bütün sanksiyaların ləğvinə nail olmağı əldə etməyə çağırıb.

Ruhani hökumətində təmsil olunmuş Zərif altılıq ölkələri ilə aparılan nüvə danışıqlarının əsas aparıcı qüvvəsi olub. Məhz onun XİN rəhbəri olduğu dönəmdə tərəflər Vyana sazişini imzalayıblar. Prezident Trampın birinci hakimiyyəti dönəmində isə ABŞ bu razılaşmadan çıxıb. Zərif Pezeşkian hakimiyyətində də təmsil olunsa da, sonradan edilən təzyiqlərdən sonra vəzifəsindən gedib.

"AzPolitika"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
12
azpolitika.info

7Источники