ain.az bildirir, Bizim media saytına əsaslanaraq.
Yaxın Şərqdə davam edən hərbi qarşıdurma fonunda tərəflər arasında intensivlikdə müəyyən dəyişikliklər müşahidə olunur.Son məlumatlara görə, İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarının sayında son sutka ərzində ən aşağı göstərici qeydə alınıb ki, bu da əməliyyatların dinamikasında yeni mərhələnin başlandığını göstərir.
ABŞ müharibə naziri Pit Heqset mətbuat konfransında bildirib ki, ölkəsinin silahlı qüvvələri yalnız ötən gecə İran ərazisinə 200 zərbə endirib. Onun sözlərinə görə, bu zərbələr İran ordusunda psixoloji gərginliyi artırır, şəxsi heyət çatışmazlığına və fərarilik hallarına səbəb olur.
Nazir həmçinin qeyd edib ki, ABŞ pilotları real vaxt kəşfiyyat məlumatlarına əsaslanaraq uçuş zamanı yeni hədəfləri müəyyən edir və əməliyyatları çevik şəkildə davam etdirirlər.Bizim.Media xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev mövcud durumu Crossmedia.az-a şərh edib:"Davam edən intensiv raket və PUA hücumları fonunda İranın hərbi ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunur. Müharibənin ilk günü ilə müqayisədə hazırda buraxılan raketlərin sayı təxminən 30 dəfə azalmışdır.
PUA istifadəsində isə təqribən 50 faizlik geriləmə qeydə alınır. Digər tərəfdən, İranın raket və PUA istehsal edən müəssisələrinin bir qismi ABŞ və İsrail tərəfindən həyata keçirilən zərbələr nəticəsində sıradan çıxarılmışdır.
Mövcud vəziyyəti nəzərə alaraq demək olar ki, İran faktiki olaraq bu müharibədə üstünlüyünü itirmişdir. Bununla belə, kapitulyasiya aktını imzalamaq və ağır şərtləri qəbul etmək məsələsində Tehran hələlik tələsmir.Ehtimal etmək olar ki, aprel ayı ərzində, ən gec ayın sonuna qədər İran ABŞ ilə müharibəni sonlandırmaq məqsədilə, ağır şərtlər daxilində olsa belə, razılaşma sənədlərini imzalamağa məcbur qalacaq".Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.