RU

KİV: İsrail İrana qarşı əməliyyatları davam etdirəcək, ABŞ qırıcı təyyarəsini vurulmasına sərt reaksiya gözlənilir

İsrail İrana qarşı hərbi əməliyyatları ən azı iki həftə daha davam etdirməyi planlayır və ABŞ-ın qırıcı təyyarəsinin vurulmasına “sərt reaksiya” verəcəyini gözləyir.

Bu barədə KAN xəbər yayıb.

Məlumata görə, Benyamin Netanyahu hökuməti ümid edir ki, ABŞ təyyarəsinin vurulmasından sonra Donald Tramp “müharibənin üçüncü mərhələsinə” keçidə, yəni İran iqtisadiyyatının dağıdılmasına razılıq verəcək.

İsrailin təhlükəsizlik xidmətlərindəki mənbələrə görə, İrana qarşı növbəti hədəf onun iqtisadiyyatı olacaq. Hücum planına infrastruktur obyektləri, körpülər, eləcə də enerji və neft obyektləri daxildir.

Eyni zamanda, mənbələr bildirir ki, Donald Tramp hələ bu siyahını təsdiqləməyib və yuxarıda qeyd olunan obyektlərə İsrail hücumlarına qoşulmaqla bağlı göstəriş verməyib.

Избранный
13
50
apa.az

10Источники