RU

Deputatdan sevindirən xəbər: “İnanılmaz bir duyğu yaşayıram” - FOTO

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa baba olub.

Bizim.Media xəbər verir ki, bu barədə deputat "Facebook" səhifəsində paylaşım edib.

Komitə sədrinin ilk nəvəsi dünyaya gəlib. Körpəyə Atabəy adı qoyulub.

"Yaradana min şükür! Bir azdan Antalyada Türkiyə millət vəkilləri ilə final matçına çıxacağıq. İndicə gözəl bir xəbər aldım. Ocağımızın ilk nəvəsi-Atabəy dünyaya gəldi. Hamıya bu gözəllik nəsib olsun, bu gözəlliyi indiyədək yaşayanların da Allah nəvələrini xoşbəxt etsin! İnanılmaz bir duyğu yaşayıram" - F.Mustafa bildirib.



Bizim.Media

Избранный
3
2
bizim.media

10Источники