RU

Əfqanıstanda güclü zəlzələ: 8 nəfər öldü

Əfqanıstanda 5,8 maqnitudalı zəlzələ bir ailənin səkkiz üzvünün həyatına son qoyub.

News365.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələ aprelin 3-ü axşam saatlarında şimal-şərqdəki Bədəxşan vilayətində 186 kilometr dərinlikdə baş verib.

Qeyd olunub ki, yeraltı təkanlar paytaxt Kabil də daxil olmaqla ölkənin bir neçə regionunda hiss olunub.

"Kabil vilayətinin Qosfənd-Dərə rayonunda zəlzələ nəticəsində bir ailənin səkkiz üzvü həlak olub", - Səhiyyə Nazirliyinin mətbuat katibi Şərafət Zaman bildirib.

O əlavə edib ki, ailədən yalnız iki yaşlı bir uşaq sağ qalıb.

Избранный
17
3
news365.az

4Источники