RU

Azərbaycanlı DÇ-nın ilkin mərhələsinə təyinat aldı

Futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

Bu barədə Sportinfo.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

O, dünya çempionatının ilkin mərhələsinin oyunlarında hakimlərin işini qiymətləndirəcək.

E.Səmədli aprelin 9-dan 12-dək Litvanın Druskininkai şəhərindəki idman sarayında keçiriləcək matçlar zamanı iş başında olacaq.

C qrupunda meydan sahibi Litva ilə yanaşı, Şimali İrlandiya, Bolqarıstan və Türkiyə milliləri yer alıblar.

Избранный
55
50
sportinfo.az

10Источники