Adelet.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün çox adamın yolu xəstəxanaya, həkimə yolu düşür. Biz heç kimin xəstələnməsini istəməzdik. Amma bu, heç də bizim istəyimizdən asılı deyil! Yəni istəyib- istəməməyimizdən asılı olmayaraq yolumuz həkimə düşür.
Çox təəssüf ki, biz də həkimlərin məsləhətinə və tövsiyələrinə bəzən əməl eləmirik. Məsələn , həkimlər deyir ki, dərmanları vaxtında qəbul elə, pəhriz saxla, amma xəstə olaraq da , buna əməl etmirik. Həkim bildirir ki, xəstəsən siqaret çəkmə , spirtli içki içmə ziyandır. Ancaq yenə buna əhəmiyyət vermirik.
Bir dostum deyir ki, Türkiyə müayinə və müalicə getmişdim bütün həkimlər bu sözləri dedilər:" Hər gün sürətlə yeri!" Soruşdum niyə? Cavab verdilər ki, bütün xəstəliklərin müalicəsi sürətlə yeriməkdir! Sürətlə yerimək ürək-damar, diabet, prostat, varikoz, qara ciyər, beyin xəstəliklərinin təbii dərmanıdır. Əfsuslar olsun ki, bizim millət , içi mən qarşıq bu, deyilənlərə əməl eləmirik.Və ona görə də adını çəkdiyim xəstəlikdən əziyyət çəkirik! Biz öz sağlamlığımızı qorumaq istəyiriksə, birmənalı olaraq həkimlərin tövsiyələrinə diqqət yetirməliyik!!! Onda həyat və yaşamaq nə gözəl olar!!!
Emil FAİQOĞLU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.