ain.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Komo"nun baş məşqçisi Sesk Fabreqas İtaliya A Seriyasında mart ayının ən yaxşısı seçilib. Sport24.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Fabreqasın komandası ötən ay keçirdiyi 4 oyunun hamısından - "Leççe" (3-1), "Kalyari" (2-1), "Roma" (2-1) və "Piza" (5-0) - qalib ayrılıb.
Qeyd edək ki, Fabreqas 2024-cü ilin yayından "Komo"ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2027/28 mövsümünün sonuna qədərdir. "Komo" hazırda 57 xalla A Seriyasında dördüncü yerdədir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.