Türkiyənin daxili Anadolu bölgəsində yerləşən Aksaray şəhərində bir qadının öz həyat yoldaşını qonşusu ilə öz yataq otağında yaxalaması və həmin anları anbaan mobil telefonuna çəkməsi ölkə gündəmini sarsıdıb.
Hadisə zamanı evdə tutulan qonşu qadının “Cəmi bir dəfə oldu, sadəcə nəsə istəməyə gəlmişdim” deyərək özünə bəraət qazandırmağa çalışması sosial şəbəkələrdə kəskin etirazlara səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, iki uşaq anası olan və tibb bacısı işləyən zərərçəkmiş qadın hadisədən sonra dərhal polisə müraciət edib.
O, həm həyat yoldaşından, həm də qonşusundan şikayətçi olaraq məhkəməyə müraciət edib.
Məlumata görə, xəyanətə uğrayan qadın təhlükəsizlik məqsədilə uşaqları ilə birlikdə sığınacaq evinə yerləşib.
Görüntülərdə qadının birinin böyük bir sarsıntı keçirdiyi və qonşusuna “Mən səni evimə aldım, çayımı içirdim, heçmi uşaqlarımı düşünmədin?” deyərək fəryad etdiyi əks olunub. Qonşu qadın isə “yoldaşım məni öldürər, nə istəsən elə, amma kimsəyə demə” , – deyərək yalvarıb. Hadisə yerindən ərin tapılması və məhkəmə prosesi üçün araşdırmalar davam edir.
Sara,
NOCOMMENT.az