Tehran iki Amerika təyyarəsinin İran hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasından sonra ABŞ Hərbi Hava Qüvvələri komandanını istefa verməyə çağırıb.
Musavat.com xəbər verir ki, çağırış SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən X-də dərc olunmuş bəyanatda yer alıb: "ABŞ ordusunun istefalarına əlavə olaraq bu siyahıya ABŞ Hərbi Hava Qüvvələri komandanının da əlavə edilməsinin vaxtıdır".
Bəyanatda həmçinin İran üzərində Amerika F-15E qırıcı təyyarəsi və A-10 hücum təyyarəsinin vurulmasına görə İran hava hücumundan müdafiə qüvvələri təbrik edilib.
Musavat.com