RU

Trampın oğlu evlənir: Toy Ağ Evdə olacaq

ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Tramp-kiçik 2025-ci ilin dekabrında model, Palm Biç elitasından Bettina Anderson ilə nişanlandığını elan edib. İndi cütlük toy planları qurur.

Publika.az xəbər verir ki, Ağ Ev bu mərasim üçün nəzərdən keçirilən məkanlardan biridir.

"People" yazır ki, Ağ Evdə toy yalnız romantik bir addım deyil, həm də Donald Tramp-kiçik və Bettina üçün “gələcək siyasi rollara hazırlıq” kimi qiymətləndirilir.

Vurğulanır ki, bu addım onların gələcəkdəki ictimai və siyasi həyatını formalaşdıra bilər.

Toy mərasimi Palm Biçdəki Mar-a-Laqo malikanəsində də keçirilə bilər, lakin Ağ Ev də alternativ məkan kimi diqqətdədir.

Избранный
16
1
publika.az

2Источники