RU

İranda xilasetmə əməliyyatı: ard-arda iki ABŞ helikopteri vuruldu

İranda vurulan F-15 qırıcısının pilotlarının axtarışı zamanı vəziyyət daha da mürəkkəbləşib.

Musavat.com xəbər verir ki, ilkin xəbərlərdən fərqli olaraq, xilasetmə əməliyyatı zamanı bir deyil, iki ABŞ helikopteri zərər görüb.

Məlumata əsasən, hər iki helikopter Fars körfəzi regionunda aparılan axtarış-xilasetmə əməliyyatı zamanı zədələnib. Buna baxmayaraq, ekipaj üzvlərinin hamısı sağ çıxarılıb və hazırda təhlükəsiz ərazidədir.

Qeyd edək ki, hadisə İran üzərində ABŞ-yə məxsus F-15 Eagle qırıcısının vurulması fonunda baş verib. ABŞ qüvvələri pilotların tapılması üçün helikopterlər, pilotsuz uçuş aparatları və digər vasitələrlə əməliyyatı davam etdirir.

 

Musavat.com

Избранный
48
musavat.com

1Источники