RU

8 oyunda 6 qələbə və... Qattuzo getdi!

“Football-plus.az” dünən İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ilə milli komandada yüksək vəzifə tutan Canluici Buffonun istefasını xəbər vermişdi. Bu gün isə növbə Cennaro Qattuzoya çatdı. İtaliya Futbol Federasiyasının mətbuat xidməti onun da postundan ayrıldığını açıqlayıb.
Xatırladaq ki, martın 31-də penalti seriyasında Bosniya və Hersoqovinaya uduzan İtaliya yığması ardıcıl üçüncü dünya çempionunu buraxmalı olacaq.
Qattuzo yığmaya ötən ilin yayından bəri rəhbərlik edirdi. “Skuadra adzurra” 48 yaşlı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 8 oyunun 6-da qalib gəlib, 2-də uduzub. Qattuzo yığmaya qədər “Hayduk”, “Marsel”, “Valensiya”, “Napoli”, “Milan”, “Piza”, OFİ, “Palermo” və “Syon”un “sükanı arxasında” olub.

Избранный
51
1
football-plus.az

2Источники