RU

Rusiya İranla bağlı hərəkətə keçdi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın İrana qarşı mümkün hərbi addımları ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, Lavrov Vaşinqtonnun regionda gərginliyi artıracaq addımlardan çəkinməli, xüsusilə də İrana qarşı hərbi əməliyyatları dayandırmalı olduğunu bildirib.

Onun sözlərinə görə, belə addımlar Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirə və genişmiqyaslı qarşıdurma riskini artıra bilər.

Nazir həmçinin Hörmüz boğazı ilə bağlı səslənən bəyanatlara da toxunub. O qeyd edib ki, bu strateji əhəmiyyətli su yolunun bağlanması ehtimalı barədə danışmaq belə beynəlxalq enerji bazarlarında ciddi narahatlıq yaradır və qlobal iqtisadi sabitliyə mənfi təsir göstərə bilər.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
globalinfo.az

1Источники