RU

Təbrizin məşhur məkanına raket zərbəsi

Təbriz şəhərindəki Eynalı (Aynalı) istirahət ərazisinə hava hücumu edilib.

Musavat.com-un məlumatına görə, bu barədə İran mediası xəbər yayıb. Şərqi Azərbaycan vilayətinin qubernatorluğunun böhran idarəetmə idarəsinə istinadən yayılan açıqlamada ölən və yaralananlarla bağlı açıqlama verilmir.

Qeyd edək ki, Təbrizin istirahət və tarixi guşələrindən biri olan Eynalı həftəsonu sakinlərin ən çox üz tutduğu məkanlardan idi. Bura milli hərəkatçıların da toplaşdığı əsas ünvanlardandır.

Musavat.com

 

Избранный
2
10
musavat.com

10Источники