RU

Türkiyədən qayıdan qadın keçmiş əri tərəfindən bıçaqlanıb

Türkiyədə tətil edən turist qadını yeni sevgilisinə qısqanan keçmiş ər onu qarnından iki dəfə bıçaqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbəyə görə, hadisə 2025-ci ilin oktyabr ayında baş verib, lakin məhkəmə işinin təfərrüatları bu yaxınlarda açıqlanıb.

Bildirilir ki, 55 yaşlı Mişel Kennedi Marmarisdə rəfiqələri ilə tətildə olarkən özünə sevgili tapıb. Cütlüyün ünsiyyəti M.Kennedinin Böyük Britaniyaya, Uorrinqton şəhərinə qayıtmasından sonra da davam edib.

Lakin qadının keçmiş əri, 61 yaşlı Qevin Şou bu münasibətdən xəbər tutub və qadının evinə girirək ona iki bıçaq zərbəsi vurub. M.Kennedi qaçmağı bacarıb, ancaq həyətdə yerə yıxılıb. Polis gələndə siqaret çəkən Q.Şou yaralı qadına baxa-baxa deyib: "Çox yaxşı etdim, elə deyilmi? O, kiminləsə yatanda belə olur”.

Qadın xəstəxanada ölüb, qısqanc əri həbs ediblər. Ona ömürlük cəza kəsilib.

Onlar 12 il evli olublar, lakin keçən il qadın ərinin qeyri-sabit davranışı və alkoqol asılılığı səbəbindən boşanma üçün müraciət edib.

Qeyd edək ki, bu cür hadisələr (boşanmış qadının keçmiş əri tərəfindən öldürülməsi) adətən Şərq ölkələrində baş verirdi. İndi məlum olur ki, bu cür zorakılıqlar hər yerdə ola bilər.

Musavat.com

 

Избранный
20
musavat.com

1Источники