RU

Makronun komandası Yelisey Sarayını tərk edir Fransada nələr baş verir?

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Fransa prezidenti Emmanuel Makronun komandası səlahiyyət müddətinin sonu yaxınlaşdıqca Yelisey sarayını tərk edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat dərc edib.

Nəşrin məlumatına görə, Makron üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürə bilmədiyi üçün onun komandası da çıxılmaz vəziyyətlə üz-üzə qalıb.

Nəşr bildirir ki, son iki ay ərzində Makronun komandasından dörd baş məsləhətçi, o cümlədən Yelisey Sarayında siyasət istiqamətlərin əlaqələndirilməsindən məsul olan iki aparat rəhbərinin müavini ayrılıb.

Nəşr yazır ki, Fransa liderinin ətrafında bir qrup tərəfdar formalaşıb, lakin onların sayı getdikcə azalır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
47
globalinfo.az

1Источники