RU

Sumqayıtda iki “Hyundai” toqquşdu Sürücülər yolu bağladı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 3-də günorta saatlarında Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan P641TX159 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobili təlim maşını kimi fəaliyyət göstərən 50-EA-079 dövlət qeydiyyat nişanlı digər “Hyundai” markalı nəqliyyat vasitəsi ilə toqquşub. İlkin məlumata əsasən, qəzaya səbəb sürücülərdən birinin manevr qaydalarını pozması olub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Qəza səbəbindən avtomobillərin yolun hərəkət hissəsində qalması nəqliyyatın hərəkətini çətinləşdirib.

Nəticədə yolu bağlayan nəqliyyat vasitələrinə görə digər sürücülər çıxış yolu kimi qoşa xətti tapdalayaraq əks istiqamətli zolağa daxil olub və hərəkətlərini bu şəkildə davam etdiriblər.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
avtosfer.az

1Источники