RU

Cənubi Koreyada "Kasıb xəritəsi" populyarlıq qazanır

Cənubi Koreyada qida məhsullarının qiymətinin artması fonunda ucuz iaşə obyektlərini göstərən "Kasıb xəritəsi" (Geojimap) adlı onlayn xidmət sürətlə populyarlaşır.

Azreform.info xəbər verir ki, bu barədə "The Korea Times" nəşri məlumat yayıb.

34 yaşlı Çhve Son Su tərəfindən yaradılan "Geojimap" xəritəsi, 10 min vondan (təxminən 13 manat) daha ucuz qiymətə yemək yemək olar yerləri axtaran 400 mindən çox istifadəçini cəlb edib. Siyahıya artıq ölkə boyu 2,5 mindən çox restoran və kafe daxil edilib.

İstifadəçilər yalnız məkanların yerini paylaşmır, həm də həmin müəssisələr haqqında ətraflı rəylər dərc edirlər. Məsələn, Seulun Sodemunqu rayonunda naharın təxminən 4 min von (təxminən 5 manat) olduğu bir restoranın altından belə bir şərh yazılıb: "Porsiyalar o qədər böyük idi ki, axıra qədər yeyib bitirə bilmədim".

Son Su büdcəli restoranlara dair məlumatlara artan tələbatı hiss edərək platformanı martın 21-də istifadəyə verib. Hazırda xidmət əsasən ianələr hesabına maliyyələşir.

"Mən sadəcə yaşayış xərclərini azaltmağa çalışan və sayı getdikcə artan insanlardan biriyəm. Ucuz iaşə obyektləri haqqında məlumatlar dağınıq idi, ona görə də onları bir platformada toplamaq istədim", — deyə o, jurnalistlərə bildirib.

Избранный
4
1
azreform.info

2Источники