ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
"Qarabağ"ın ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Sabah"ı qəbul edəcəyi oyuna cəmi bir saat qaldı.Bəs, hansı komanda daha şanslıdı? Matçdan gözləntilər hansı yöndədi?Bu suallarla Tərlan Əhmədova müraciət etdik. Təcrübəli mütəxəssisin "Football-plus.az"a cavabı:
"Çox maraqlı oyun olacaq. Ötən il "Sabah" kubokun finalında "Qarabağ"ı məğlub etmişdi. Məncə, mərhələni keçən tərəf bu oyunda qalib gələn komanda olacaq. Hər iki kollektiv kuboku qazanmaq istəyir. "Qarabağ" çempionat oyununu da nəzərə almalıdı. Çünki liderdən xeyli geridədi. Mübarizəli oyun izləyəcəyimizə şübhə yoxdu. Məncə, kim hücum futbolunu daha yaxşı oynasa, rəqibi ciddi təzyiq altında saxlasa, o da qalib gələcək. Həm "Sabah"ın, həm də "Qarabağ"ın hücum xətti mükəmməldi. Bununla belə, "Qarabağ"ın müdafiə xəttində boşluqlar olur. "Sabah"ın müdafiə xətti isə daha möhkəmdi. Masazır təmsilçisi kompakt oynamağı bacarır. Bir məqam da var. "Qarabağ" çoxşaxəli hücumlar qürur, "Sabah" isə bir neçə futbolçunun fərdi ustalığı hesabına qollar vurur. Onu da deyim ki, bu cütün qalibi kubokun da qalibi olacaq".
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.