RU

Mikel Arteta İngiltərə Premyer Liqasında mart ayının ən yaxşısı seçildi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Arsenal" klubunun baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı məşqçisi adına layiq görülüb.

Oxu.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

London təmsilçisi geridə qoyduğumuz mart ayında keçirdiyi hər üç qarşılaşmadan qələbə ilə ayrılaraq 100 faizlik nəticəyə imza atıb. "Topçular" bu uğurlu seriya zamanı "Çelsi" (2:1), "Brayton" (1:0) və "Everton" (2:0) komandalarını xalsız qoyublar.

Fəxri mükafat uğrunda mübarizədə Arteta Eddi Hau ("Nyukasl"), Devid Moyes ("Everton"), Rejis Le Bri ("Sanderlend") və Fabian Hürseler ("Brayton") kimi həmkarlarını geridə qoymağı bacarıb.

Qeyd edək ki, bu titul ispaniyalı mütəxəssisin peşəkar karyerası ərzində qazandığı sayca 8-ci belə mükafatdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
oxu.az

1Источники