RU

Heykələ qarşı mədəniyyətsiz hərəkətlər etmişdilər, bağışlanmaz haldır Deputat

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Bir vaxtlar Azərbaycan xalqının böyük oğlu Hacı Zeynalabdin Tağıyevin heykəli açıldıqdan sonra ona qarşı iki gənc tərəfindən mədəniyyətə sığmayan hərəkətlər edilmişdi. İndi baş verən hadisə də, əlbəttə, xoşagəlməzdir. Bu məsələ ilə bağlı təkcə hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin reaksiyası çox kəskin oldu və geniş hiddət doğurdu”.Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə məsələ barədə Demokrat.az-a bildirib.O deyib ki, Nizami Kino Mərkəzi sadəcə mədəniyyət ocağı deyil, eyni zamanda tarixi abidədir:“Bakının mərkəzində yerləşən ən gözəl və əhəmiyyətli binalardan biridir. Belə bir məkanda bir qrup gəncin vandallıq etməsi bağışlanmaz haldır. Məlumatlara görə, hadisədə iştirak edənlərdən bəziləri 16 yaşlı yeniyetmələrdir, lakin aralarında yetkin şəxslər də var. Şübhəsiz ki, onların əməllərinə hüquqi qiymət veriləcək və müvafiq cəza tətbiq olunacaq. Bu cür halların qarşısını almaq üçün kütləvi informasiya vasitələrində, televiziya kanallarında və müxtəlif media platformalarında mədəni abidələrin qorunmasının vacibliyi ilə bağlı maarifləndirici materialların daha geniş şəkildə yayımlanmasına ehtiyac var”.O əlavə edib ki, orta və ali təhsil müəssisələrində gənclərə mədəni irsin qorunması ilə bağlı məsuliyyət hissi aşılanmalıdır:“Belə tədbirlər gələcəkdə oxşar hadisələrin qarşısının alınmasına kömək edə bilər. Hazırda baş verən hadisə ciddi narahatlıq doğursa da, cəmiyyətin bu məsələyə göstərdiyi kəskin reaksiya onu göstərir ki, mədəni dəyərlərə qarşı biganəlik yoxdur”.Xatırladaq ki, Bakı şəhəri Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) birgə bəyanat yayıb. Qeyd olunub ki, həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hadisəni törədənlər saxlanılıb.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
48
demokrat.az

1Источники