RU

Rauf Cabbarov varsa, "Sabah"ı dayandırmaq olmur!

İki saat sonra "Qarabağ" Bizon ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Sabah"ı qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmanın baş hakimi təcrübəli ədalət təmsilçilərindən olan Rauf Cabbarovdu.

Əlbəttə, bu cür vacib matçda diqqətlər həm də "fit sahibi"nin üzərində olacaq. O, mübahisəli qərarla yadd qalmamalı, ədalətin bütün prinsiplərinə əməl etməlidi. Bəs, Rauf Cabbarov hansı komanda üçün daha uğurludu?

"Football-plus.az" ədalət təmsilçisinin bu mövsüm "Sabah"la "Qarabağ"ın idarə etdiyi oyunlarını təqdim edir.

6-cı tur: "Qarabağ" - "Qəbələ" 2:0
14-cü tur: "Zirə" - "Qarabağ" 1:1
17-ci tur: "Sabah" - "Karvan-Yevlax" 4:1
20-ci tur: "Qəbələ" - "Sabah" 0:1
24-cü tur: "İmişli" - "Sabah" 0:5

Göründüyü kimi, "köhlən atlar" Rauf Cabbarovun meydanda olduğu 2 oyundan 1-də xal itirib. "Bayquşlar" isə hər 3 görüşdə qalib gəlib. Özü də 2-də böyükhesablı qələbə qeydə alınıb.

Xatırladaq ki, "Tofiq Bəhramov"dakı oyun saat 20.00-da başlayacaq.

KƏNAN BAHADIR

Избранный
33
1
football-plus.az

2Источники