RU

Havanın tez tez dəyişməsi bu xəstəliklərə səbəb ola bilər KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Son dövrlərdə müşahidə olunan qeyri-sabit hava şəraiti – temperaturun tez-tez dəyişməsi, küləkli və yağışlı günlərin günəşli hava ilə sürətlə əvəzlənməsi gündəlik həyatımıza olduğu qədər sağlamlığımıza da təsirsiz ötüşmür. Mövsümi keçidlərin daha kəskin hiss olunduğu bu günlərdə bir çox insan halsızlıq, baş ağrısı və ümumi narahatlıq kimi şikayətlərlə üzləşir. Bəs havaların bu cür dəyişkən keçməsi insan sağlamlığına hansı təsirləri göstərir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, hava şəraitinin tez-tez dəyişməsi insan orqanizmində müəyyən reaksiyalar yaradır.

Onun sözlərinə görə, temperaturun gah yüksəlməsi, gah da enməsi, atmosfer təzyiqinin dəyişməsi, külək və günəş şüalarının təsiri bədəndə müxtəlif narahatlıqlara səbəb ola bilər.

“Bu cür dəyişkən hava şəraiti xüsusilə xroniki xəstəlikləri olan insanlar üçün daha risklidir. Yaşlı şəxslər və immun sistemi zəif olan insanlar belə hallarda daha həssas olur. Nəticədə onların mövcud xəstəlikləri kəskinləşə, yeni sağlamlıq problemləri yarana bilər”, – deyə həkim qeyd edib.

Mütəxəssis əlavə edib ki, güclü immun sistemi olan sağlam insanlarda bu dəyişikliklər əksər hallarda ciddi problem yaratmır. Lakin buna baxmayaraq, profilaktik tədbirlərə əməl etmək, düzgün qidalanmaq və hava şəraitinə uyğun geyinmək vacibdir.

Həkimlər əhaliyə xüsusilə belə dövrlərdə sağlamlıqlarına diqqətlə yanaşmağı, kəskin temperatur fərqlərindən qorunmağı və orqanizmin müqavimətini artıracaq tədbirlər görməyi tövsiyə edirlər.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
23
konkret.az

10Источники