RU

Qırğızıstan öz dronlarını istehsal etməyə HAZIRLAŞIR: Prezidentdən yeni QƏRAR

Qırğızıstan prezidenti ölkədə dron istehsalının yaradılması barədə göstəriş verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.

Qırğızıstan prezidenti Sadır Japarov ölkədə dronların (PUA) istehsalının təşkil edilməsi üçün müvafiq işlərin görülməsi barədə tapşırıq verib.

Bu təşəbbüsün əsas məqsədi respublikanın müdafiə-sənaye potensialını gücləndirmək və xarici məhsullardan asılılığını azaltmaqdır.

Qeyd olunur ki, pilotsuz uçuş aparatlarının istehsalının daha əvvəllər torpedalar və onların komponentlərinin buraxılışı ilə məşğul olan “Dastan” zavodu bazasında təşkil edilməsi nəzərdən keçirilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
63
interpress.az

1Источники