RU

“İlhamə Quliyeva ağzına gələni danışırdı, mənim tayım deyildi” VİDEO

Bakupost saytına istinadən ain.az xəbər verir.

Brilliant Dadaşova mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Bakupost.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə canlı yayım zamanı danışıb.

İlhamə Quliyevaya nə vaxtsa bahalı hədiyyə edib-etməməsi ilə bağlı suala Dadaşova belə cavab verib:

“Tolik mənə zəng edib dedi ki, İlhamə xanım səni oğlunun toyuna dəvət edir. Dedim, mənim onun oğlunun toyunda nə işim var? Çıxır, ağzına gələni danışırdı. Mənim tayım deyil.

Halbuki bundan əvvəl mən İlhaməni öz verilişimdə tərifləyirdim, ona qarşı həmişə məhəbbətim olub. Amma gördüm ki, bu insan mənə yalnız pisliklə cavab verir. Ona görə də artıq düşündüm ki, ondan uzaqlaşmaq lazımdır.

Bir dəfə Türkiyədən yeni gəlmişdim, yenə Tolik mənə zəng etdi. Dedi ki, İlhamə danışmaq istəyir. Telefonu götürdüm. İlhamə də bilirdi ki, haqqımda yazılanlara görə Nazpəridən incimişəm. Mənə dedi ki, Nazpərini məhkəməyə verib və istəyir ki, mən də ona qoşulum, birlikdə onu cəzalandıraq. Mən isə dedim ki, heç kimə qarşı belə addım atmaram, kimisə cəzalandırmaq üçün kimləsə birləşmərəm. Bundan sonra məndən incidi.

İlhamədən qorxurdular. Amma kimlər? Sənəti olmayan insanlar”.

Yasəmən,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
www.bakupost.az

1Источники