RU

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Kiyev, 3 aprel, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 3-də günortadan sonra Rusiyanın güclü hücumu zamanı Papa XIV Leo ilə telefonla danışıb.

AZƏRTAC bu barədə dövlət başçısının “Telegram” kanalına istinadla xəbər verir.

“Bu gün Roma Papası XIV Leo ilə danışmışam. Elə bu söhbət zamanı Rusiya qoşunları yenidən Ukraynaya hücum edirdi - şəhərlərimizə və icmalarımıza yüzlərlə “Şahed” və onlarla raket atıldı. Hücum dalğası faktiki olaraq gecədən bəri davam edir və artıq azı beş bölgəyə zərbə endirilib”, - deyə o bildirib.

Prezident qeyd edib ki, ukraynalıların bir saat belə rahatlığı yoxdur və bu, Rusiyanın Pasxa bayramında atəşkəs təklifinə cavabıdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
2
azertag.az

3Источники