RU

Pərviz Şahbazov: "Azərbaycan Yunanıstana indiyədək 5,6 milyard kubmetr qaz tədarük edib"

Azərbaycan Yunanıstanı indiyədək 5,6 milyard kubmetr təbii qazla təchiz edib.

"Far.Az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.

Nazir bildirib ki, Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinus ilə görüşüb.

Görüşdə iki ölkə arasında enerji sahəsində və Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın inkişafına dair məsələləri müzakirə edilib.

Xatırladaq ki, Azərbaycandan Yunanıstana təbii qazın tədarükü Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə həyata keçirilir. Bu kəmərin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Избранный
39
1
far.az

2Источники