RU

Qattuzo istefaya göndərildi

style='margin-bottom:10px;'>

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən göndərilib.

QOL.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.

Qatuzo ilə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. Federasiya Qattuzo və onun məşqçilər korpusuna göstərdikləri peşəkarlıq, fədakarlıq və işə olan yanaşmaya görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

İtaliya yığması DÇ-2026-nın pley-off finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olub (1:1, 1:4). Bununla da komanda mundialda iştirak hüququnu itirib. 

Bundan əvvəl federasiyanın prezidenti Qabriel Qravina mütəxəssisi istefaya göndərməyəcəklərini desə də, daha sonra baş məşqçi ilə bağlı qərar dəyişib. Daha sonra isə Qabriel Qravina özü istefa verib.

Qattuzo 2025-ci ildən İtaliya millisinə rəhbərlik edir. O, əvvəllər "Hayduk Split", "Marsel", "Napoli" və "Milan"ı çalışdırıb.

Избранный
31
1
teleqraf.com

3Источники