RU

Röya "TikTok"u ələ keçirdi: Gündəmi "silkələdi" - VİDEO - FOTO

Xalq artisti Röya Ayxan dinləyicilərinə növbəti sürprizini təqdim edib.

Milli.Az xəbər verir ki, pop kraliça ilk dəfə konsert səhnəsində səsləndirdiyi "Yanındayam" mahnısının rəsmi klipini izləyicilərin ixtiyarına verib. Musiqisi və sözləri Miroya məxsus olan, aranjimanı SarkhanBeats tərəfindən hazırlanan ekran işinin rejissoru Elay Elxandır.

Klipin çəkilişləri Bakının müasir simasını əks etdirən Ağ Şəhər ərazisində həyata keçirilib. Küçə atmosferində lentə alınan kadrlar mahnının ruhunu daha da gücləndirərək izləyicilərə səmimi və sevgidolu hisslər ötürür.

TikTok və digər sosial platformalarda mahnıya minlərlə video çəkilərək paylaşılıb və trendə çevrilib. "Yanındayam" artıq dinləyicilərin böyük marağı ilə qarşılanaraq özünün növbəti meqahit olacağını indidən göstərir.

Xatırladaq ki, "Yanındayam" ilk dəfə 27 mart tarixində Heydər Əliyev Mərkəzində keçirilən konsert zamanı səsləndirilən kimi sosial şəbəkələrdə böyük rezonans doğurub və qısa müddətdə geniş maraq qazanıb. Mahnı bu gün rəsmi klipi ilə birlikdə Röya Ayxanın bütün rəqəmsal platformalarında yayımlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
32
4
milli.az

5Источники