ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Abşeron rayonunda ailə münaqişəsi zəminində baş verən fiziki zorakılıq hadisəsi məhkəmə müstəvisinə çıxarılıb. Yanvarın 12-də Bakı-Şamaxı yolunun kənarındakı avtobus dayanacağında 1992-ci il təvəllüdlü Bəhram həyat yoldaşı Dilbərə qarşı zorakılıq tətbiq edib. Hadisəyə səbəb tərəflər arasındakı gərgin münasibətlər və övladları ilə bağlı yaranan fikir ayrılığı olub.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, At yalı yaşayış massiv ərazisindən keçən Bakı-Şamaxı avtomobil yolunun kənarındakı avtobus dayanacağında baş verib. İş üzrə ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ailə daxilində son vaxtlar yaranan narazılıqdan danışaraq ifadəsində bildirib:“Əvvəllər Dilbər ilə münasibətim normal olsa da, son zamanlar aramızda ailə-daxili sözlə mübahisələrimiz yaranır. Bir müddət olar ki, Dilbər məndən küsüb, övladlarımızı götürərək valideyinlərinin yaşadığı Aşağı Güzdək qəsəbəsində yerləşən evlərinə gedib. Bundan sonra bir neçə dəfə Dilbərə zəng edərək, evə qayıtmasını bildirsəm də, o, dediklərimə əhəmiyyət vermədi, evə qayıtmadı”.Hadisə anını təsvir edən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu vurğulayıb:“Onlara yaxınlaşdım, qızım ilə görüşmək istədim. Lakin arvadım qarşıma keçərək görüşməyimə mane oldu. Bu zaman Dilbərin bu hərəkətindən əsəbləşdim və əlim ilə onun ağız nahiyəsindən bir dəfə vuraraq kənara itələdim. Bundan sonra mübahisənin böyüməməsi üçün oradan uzaqlaşaraq evə getdim. Sonra bildim ki, Dilbər mənim barəmdə polisə şikayət edib”.Abşeron Rayon Məhkəməsi tərəflər arasında əldə olunmuş barışığı və zərərçəkmiş şəxsin şikayətini geri götürməsini nəzərə alıb. Cinayət Məcəlləsinin müvafiq maddəsi tətbiq edilərək Bəhram cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib. Məhkəmə prosesində ekspert rəyləri və tərəflərin qarşılıqlı razılığı həlledici rol oynayıb.Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.