RU

Zərifdən gözlənilməz çağırış: “İran ABŞ ilə razılaşmalıdır”

Tehrandan müharibənin bitməsi ilə bağlı yeni maraqlı təklif səslənib.

Musavat.com xəbər verir ki, İranın keçmiş xarici işlər naziri Cavad Zərif ABŞ və İsraillə münaqişənin dayandırılması üçün diqqətçəkən təkliflə çıxış edib.

O, ABŞ-nin “Foreign Affairs” nəşrində dərc olunan məqaləsində İranın “qələbə elan edərək” müharibəni başa çatdırmalı və Vaşinqtonla razılaşmaya getməli olduğunu bildirib.

Zərifin təklif etdiyi plana görə, İran öz nüvə proqramını məhdudlaşdırmağa və Hörmüz boğazını yenidən açmağa hazır ola bilər. Bunun qarşılığında isə ABŞ-dən bütün sanksiyaların tam ləğvi tələb edilməlidir.

Keçmiş nazir həmçinin İran və ABŞ arasında qarşılıqlı hücum etməmə sazişinin imzalanmasını təklif edib. Bu sazişə əsasən, tərəflər gələcəkdə bir-birinə qarşı hərbi əməliyyatlar aparmamağı öhdəsinə götürəcək.

Zərif əlavə edib ki, tərəflər arasında iqtisadi əməkdaşlıq imkanları da nəzərdən keçirilə bilər və bu, həm ABŞ, həm də İran xalqları üçün faydalı ola bilər. Onun fikrincə, belə bir razılaşma İranın diqqətini xarici təhlükələrdən daha çox daxili inkişaf və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəltməyə imkan verər.

Qeyd edək ki, Cavad Zərif uzun illər İranın nüvə proqramı ilə bağlı danışıqlarda əsas fiqurlardan biri olub və Vaşinqtonla dialoqun tərəfdarlarından hesab olunur.

Musavat.com

Избранный
20
musavat.com

1Источники