RU

Ələt Azad İqtisadi Zonası Türkmənistan nümayəndə heyətinə təqdim edilib

Bakı. Trend:

Aprelin 1-də Ələt Azad İqtisadi Zonası (ƏAİZ) SəlahiyyətliQurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov ilə TürkmənistanNazirlər Kabineti sədrinin müavini Nokergulu Ataguliyev arasındagörüş keçirilib.

Trend bubarədə ƏAİZ-ə istinadən xəbər verir.

Görüş zamanı Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonası haqqındaətraflı məlumat verib. O, zonanın fərqli hüquqi çərçivəsini, tamformalaşdırılmış daxili və xarici infrastrukturunu,mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaqsahələrini, eləcə də maliyyə və qeyri-maliyyə təşviqlərini,nəqliyyat və logistika imkanlarını diqqətə çatdırıb.

Nokergulu Ataguliyev təqdimatın Türkmənistan nümayəndə heyətindəçox müsbət təəssürat yaratdığını bildirib. O qeyd edib ki, zonanınekstraterritorial statusu və AFEZ qurumunun müstəqilliyi onunuğurlu inkişafı üçün güclü zəmin yaradır. Həmçinin, hazırinfrastrukturla təmin olunmuş sənaye torpaq sahələrinin mövcudluğuinvestorlar üçün xüsusi cəlbedicidir.

Görüşün sonunda tərəflər əməkdaşlığın daha da inkişafetdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Избранный
24
az.trend.az

1Источники