RU

Bakıda evdən 11 min manatlıq qızıl oğurlayan dayəyə HÖKM OXUNDU

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda dayə xidmət göstərdiyi evdən oğurluq edib.

Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Aybəniz Quliyeva (ad-soyad şərtidir - red.) ev sahibinə məxsus 11 729 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Mülk yiyəsinin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Aybəniz Quliyeva saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib. O, əməlindən peşman olduğunu və zərərçəkmişə dəymiş ziyanın ödənildiyini bildirib. Məhkəmənin hökmü ilə A.Quliyevaya 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
2
avtosfer.az

3Источники