RU

İki dəfə infakt keçirən Luçeskunun vəziyyəti açıqlandı

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

Rumınıya millisinin baş məşqçisi Mirça Luçesku bir gün ərzində ikinci dəfə infarkt keçirib.

Rumınıya mətbuatı xəbər verir ki, 80 yaşlı mütəxəssisin vəziyyəti hazırda kritik olaraq qiymətləndirilir.

Bildirilir ki, ilk infarktdan cəmi bir neçə on dəqiqə sonra ikinci ürək tutması baş verib.

Mənbənin iddiasına görə, Buxarest Universitet Klinikası əvvəlcə Luçeskunun vəziyyətinin stabilləşdiyini və həkimlərin nəzarəti altında olduğunu açıqlasa da, qısa müddət sonra onun yenidən infarkt keçirdiyi məlum olub.

Qeyd edək ki, martın 29-da Luçesku Rumıniya millisinin məşqi zamanı huşunu itirdikdən sonra təcili xəstəxanaya yerləşdirilmişdi. Onun rəhbərliyi altında milli komanda DÇ-2026-ya vəsiqə qazana bilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
2
icma.az

3Источники