RU

Çin: ABŞ məcburiyyət yolu ilə Panama kanalının neytrallığını pozur

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ birtərəfli məcburiyyət yolu ilə Panama kanalının neytral statusunu açıq şəkildə sarsıdır və onun əsassız ittihamları sadəcə öz hegemonluq mahiyyətini gizlətmək məqsədi daşıyır. 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin brifinqdə bildirib.

Onun sözlərinə görə, Amerika tərəfinin müvafiq açıqlamaları tamamilə əsassızdır və faktları alt-üst edir:

"ABŞ-nin məsuliyyətsiz açıqlamaları yalnız onların öz hegemonluq mahiyyətini üzə çıxarır. Panama kanalının neytral statusunu açıq şəkildə pozan və birtərəfli zorakılıq və məcburetmə yolu ilə qlobal ədalətli rəqabət qaydalarını pozan kimdir?! Çinin bu məsələdəki mövqeyi aydın olaraq qalır". 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Panama kanalı üzərində Amerika nəzarətini bərpa etmək niyyətində olduğunu bildirib. O, Çinin bu strateji su yolundakı kommersiya mövcudluğunu ABŞ-nin təhlükəsizliyi və ticarət maraqlarına təhdid adlandırıb. 

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
1
bakivaxti.az

2Источники