ABŞ və İsrailin körpülərə və digər mülki infrastruktur obyektlərinə endirdiyi zərbələr iranlıları təslim olmağa məcbur etməyəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial mediada yazıb.
“Tikintisi yarımçıq qalan körpülər də daxil olmaqla, mülki tikililərə zərbələr iranlıları təslim olmağa məcbur etməyəcək”, – deyə o bildirib.
Əraqçi vurğulayıb ki, bu hərəkətlər düşmənin nüfuzuna yalnız mənfi təsir göstərir.
Nazir yekun olaraq bildirib ki, “Bu, yalnız oriyentasiyasını itirmiş düşmənin məğlubiyyətinə və mənəvi çöküşünə dəlalət edir. Hər körpü və bina əvvəlkindən daha möhkəm şəkildə yenidən qurulacaq. Heç vaxt təmir olunmayacaq şey Amerikanın nüfuzuna dəyən ziyandır”.