“Sülh Körpüsü” çərçivəsində gənclər və qadınları təmsil edən QHT nümayəndələri ilə görüş keçirildi - FOTO
3 aprel 2026-cı il tarixində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində gənclər və qadınlarla bağlı nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı iştirakçılar sülh prosesi ilə bağlı fikirlərini bölüşüb, mövcud vəziyyət və gələcək imkanlar ətrafında müzakirələr aparıblar. Çıxışlarda vətəndaş cəmiyyətinin bu prosesdə rolu xüsusi qeyd olunub, müxtəlif istiqamətlər üzrə təkliflər səsləndirilib. 1news.azxəbər verir ki, görüşdə “Sülh Körpüsü” Təşəbbüsü ilə bağlı məlumat verən CənubiQafqazTədqiqatlarMərkəzinindirektoru, “Sülh Körpüsü” təşəbbüsünün koordinatoruFərhadMəmmədovdeyibki,Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında əldə olunan razılaşmalardan sonra sülh gündəliyi formalaşıb. Onun sözlərinə görə, siyasi təmaslar artıb, iqtisadi fəaliyyət genişlənib və birbaşa, eləcə də tranzit əlaqələrin qurulması istiqamətində addımlar atılıb. F.Məmmədov qeyd edib ki, hazırda əsas məsələlərdən biri vətəndaş cəmiyyətlərinin sülhə hazırlanmasıdır. O vurğulayıb ki, iki ölkə arasında bu sahədə uzun illərə dayanan təcrübə var və ilkin mərhələdə kiçik qruplarla başlayaraq fəaliyyətin genişləndirilməsi planlaşdırılır. Onun sözlərinə görə, sülh prosesi qeyri-adi xarakter daşıyır: müharibə bitsə də, yekun sazişin imzalanmasına maneələr qalır. Buna baxmayaraq, artıq siyasi və iqtisadi sahələrdə əməkdaşlığın mümkün olduğu göstərilib və bu münasibətlər qarşılıqlı maraqlara əsaslanır. Müzakirələrdə gənclərin və qadınların təşəbbüslərdə daha fəal iştirakı, həssas qrupların cəmiyyətə inteqrasiyası və bu sahədə görülə biləcək işlərə toxunulub. Eyni zamanda, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyət imkanları da diqqət mərkəzində olub. O deyib ki, vətəndaş cəmiyyəti sahəsində əlaqələr daha mürəkkəbdir və bu istiqamətdə həm beynəlxalq platformalar, həm də birbaşa ikitərəfli təşəbbüslər inkişaf etdirilir. O, sonda gənclər, media, qadın təşkilatları və ekspertlər səviyyəsində dialoqun davam edəcəyini bildirib. Tədbir iştirakçıları iki ölkə arasında sülhlə bağlı onları maraqlandıran sualları səsləndiriblər. Suallar əsasən gələcək əməkdaşlıq imkanları, cəmiyyətlərarası etimadın gücləndirilməsi və prosesin praktik mərhələləri ilə bağlı olub. Müzakirələr zamanı iştirakçılar öz mövqelərini bölüşərək müxtəlif yanaşmaları diqqətə çatdırıblar. Həmçinin, vətəndaş cəmiyyətinin sülh prosesində rolunun artırılması zərurəti vurğulanıb. İştirakçılar belə görüşlərin davamlı keçirilməsinin vacibliyini qeyd edərək, sülh təşəbbüslərinin daha geniş miqyasda davam etdirilməsinin əhəmiyyətini bildiriblər