RU

“Maddi çətinliklərim olub, amma efirdə göstərmirəm”- Ayan Babakişiyeva

Müğənni Ayan Babakişiyeva şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə gündəmə gəlib.

News365.az xəbər verir ki, sənətçi qatıldığı “Günə uğurla” proqramında həm ana kimi yaşadığı çətinliklərdən, həm də qızı Selena ilə münasibətindən danışıb.

Ayan bildirib ki, tamaşaçılar sənətçilərdən daim yeni işlər gözləsə də, onların da maddi və şəxsi problemləri olur: “Bəzən elə vəziyyətlər yaşayırıq ki, istədiyimizi həyata keçirə bilmirik. Amma insanların sevgisi bizi ayaqda saxlayır”.

Müğənni vurğulayıb ki, övlad böyütmək böyük məsuliyyətdir və əsas yük çox vaxt ananın üzərinə düşür. Onun sözlərinə görə, uşağın yaşı artdıqca qayğı və ehtiyacları da artır.

Sənətçi şou-biznes nümayəndələrinin həyatının göründüyü qədər asan olmadığını qeyd edərək əlavə edib ki, səhnədə gülümsəsələr də, pərdə arxasında müxtəlif çətinliklərlə üzləşirlər.

Ayan Babakişiyeva həmçinin bildirib ki, qızı Selena ona “ana” deyil, adı ilə müraciət edir və bu halı maraqlı bir yanaşma kimi qarşılayır.

News365.az 

Избранный
21
news365.az

1Источники