RU

“iPhone” smartfonlarının rəng strategiyası  

“Apple”ın bu ilin payızında təqdim etməsi gözlənilən “iPhone 18 Pro” modeli ilə bağlı maraqlı iddialar ortaya çıxıb. Məlumata görə, şirkət yeni modeldə klassik qara rəng variantını təqdim etməyə bilər. Bu, artıq ikinci il olacaq ki, şirkət Pro seriyasında klassik qara rəngdən imtina edir. Analitiklər hesab edirlər ki, “Apple”ın qara rəngdən imtina etməsi şirkətin dizayn və marketinq strategiyasının dəyişməsi ilə bağlıdır. Şirkət son illərdə daha fərqli və diqqət çəkən rənglərə üstünlük verməyə başlayıb. Yeni modeldə tünd qırmızı və bənövşəyi rəng seçimlərinin təqdim oluna biləcəyi ehtimal olunur.

Digər maraqlı məqam isə “Apple”ın ilk qatlana bilən telefonu “iPhone Fold” modelidir. Gözləntilərə görə, şirkət “iPhone 18” seriyası ilə birlikdə bu modeli də sentyabrda təqdim edəcək. “iPhone 18 Pro”nun satışa dərhal çıxarılması planlaşdırılsa da, qatlana bilən smartfonun satışları dekabr ayına qədər gecikə bilər.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Избранный
35
azerbaijan-news.az

1Источники