RU

Hava ilə bağlı XƏBƏRDARLIQ - Sabahdan intensiv yağış başlayır

Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir.
 
Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, 4-də gün ərzində isə qısa müddətə güclü olacağı, şimşək çaxacağı ehtimalı var.
 
Gözlənilən intensiv və arabir güclənən yağışların şəhərətrafı subasmaya meyilli olan ərazilərə təsir göstərəcəyi ehtimal olunur.
 
Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında isə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
 
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusən də Quba-Qusar bölgəsinin çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
 
Aprelin 4-7-də gözlənilən yağıntılı hava şəraitindən sonra 7-si gündüz və 8-də yağıntıda qısa fasilə yaransa da, 9-u gündüzdən yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.
 
Qeyd edək ki, aprel ayının birinci ongünlüyündə ölkə ərazisində hava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək.
 
Избранный
2
49
moderator.az

10Источники