RU

“Onlara nə desəm, onu edəcəklər” Tramp

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibə ilə bağlı yeni açıqlamalar verib.

Bir aydan artıqdır davam edən ABŞ–İsrail–İran müharibəsinin nə vaxt başa çatacağı dünya ictimaiyyətində maraq doğurduğu bir vaxtda Tramp bildirib ki, müharibəni dayandırmaq qərarı verəcəyi halda İsrail də bu addıma əməl edəcək.

“Onlara nə desəm, onu edəcəklər. İndiyədək yaxşı komanda oyunçusu olublar. Mən dayansam, onlar da dayanacaq. Təxribata məruz qalmasalar, dayanacaqlar. Amma təxribata məruz qalsalar, başqa seçimləri qalmayacaq”, – deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin iddia edib ki, İran münaqişəni bitirmək üçün razılaşmaya meyllidir.

Tramp İranla danışıqların getdiyini də təkrarlayaraq bildirib ki, bu proses düşündüyündən daha asandır: “Onlar tamamilə məhv edilirlər. Trampın İranla danışıqlar aparmadığını deyirlər, amma bu əslində çox asan bir danışıqdır. Onlar çox dözümlüdürlər, böyük əzablara tab gətirə bilirlər. Buna görə onlara hörmət edirəm. Məncə, onlar müharibədən çox danışıqlarda daha güclüdürlər”.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
azpolitika.info

1Источники