Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İranın hərbi potensialı ilə bağlı ABŞ kəşfiyyatının son qiymətləndirmələri ciddi narahatlıq doğurur.
"CNN" telekanalının yaydığı məlumata görə, İran minlərlə pilotsuz uçuş aparatı (PUA) və raket sistemlərini hələ də öz arsenalında saxlayır. Kəşfiyyat mənbələri bildirir ki, Tehran raket buraxılış sistemlərinin ən azı yarısını qoruyub saxlaya bilib.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın 2-3 həftə ərzində müharibəni bitirmək planı kəşfiyyat dairələri tərəfindən real hesab edilmir. Bildirilir ki, İranın müdafiə və əks-hücum imkanları gözləniləndən daha davamlıdır.
Xəbərdə həmçinin qeyd olunur ki, müharibənin əvvəlindən hədəf alınan obyektlərə baxmayaraq, İran bir istiqamətli hücumlar üçün istifadə oluna biləcək minlərlə PUA və çoxsaylı raket ehtiyatına malikdir.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.