RU

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin aprel ayında bölgələrdə vətəndaş qəbullarının qrafiki

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 3 aprel, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin aprel ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq qurumun vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.

Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2026-cı ilin aprel ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
4
azertag.az

5Источники