RU

"İsraildə müharibəyə düşməyimizi yuxuda GÖRMÜŞDÜM"

Müğənni Samirə Əfəndi diqqət çəkən etirafı ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, Azərbaycanın "Eurovision" təmsilçisi olan ifaçı İsraildə başına gələn gərgin anlardan danışıb. O, bildirib ki, yaşanan hadisəni öncədən yuxuda görüb:

"İsraildə müharibəyə düşməyimizi yuxuda görmüşdüm. Cəmi 10 dəqiqə yatmışdım. Yuxuda bina yanırdı, biz çıxmalı idik. Anam qaçırdı, xalamın isə ayağı pilləkəndə ilişdi və deyirdi ki, mən gedə bilmirəm, siz qaçın".

Sənətçi qeyd edib ki, festival zamanı qaldıqları oteldə qəfil həyəcan siqnalı verilib və onlara dərhal yeraltı dayanacağa enmək tapşırılıb:

"Bizə dedilər ki, tez aşağı düşməliyik. Pilləkənlə enəndə yuxuda gördüyüm səhnə eynilə təkrarlandı. Xalam dedi ki, gedə bilmir. Lift də işləmirdi. Onun ayağında problem var idi. Biz onu çətinliklə aşağı endirdik. Bunu əvvəlcədən yuxuda görmüşdüm".

Qeyd edək ki, Samirə Əfəndinin bu açıqlamaları böyük maraq doğurub və müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Избранный
11
2
milli.az

3Источники